Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib - SİYAHI

Ukrayna ordusunun hərbi birləşmələri uğurlu əks-hücum əməliyyatları zamanı Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad ediblər.

 

Bu barədə 7-ci əlahiddə “AREY UDA” batalyonu “Facebook”da xəbər yayıb.

 

Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin 129-cu briqadasının Könüllülər Ordusunun “AREY” 7-ci əlahiddə batalyonu mayor Aleksandr Qrişukun komandanlığı ilə Volnovaksk rayonunun Velikonovoselkovska qəsəbə icmasının Neskuçne kəndini azad edib”, - məlumatda bildirilir.

 

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Blaqodatnının Rusiya hərbçilərindən azad edildiyini rəsmən təsdiqləyib.

 

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında hücumun həyata keçirildiyi istiqamətlər barədə danışaraq, Ukrayna qoşunlarının Baxmut bölgəsində hücum əməliyyatlarını davam etdirdiyini qeyd edib.

 

“Berxovsk su anbarı ərazisində uğur var. Biz 250 metr irəliləmişik”, - o bildirib.

 

Bundan əlavə, Malyar bildirib ki, cənubda “iki istiqamətdə 300 metrdən 1 500 metrə qədər irəliləyiş var”.

 

“Blaqodatnı və Makarovka yaşayış məntəqələri işğaldan azad edilib”, - nazirliyin sözçüsü bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.