"Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tvitter” hesabında yazıb.
Ərdoğan qeyd edib ki, qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək: "Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini İlham qardaşımla tam koordinasiya şəraitində həyata keçiririk.
Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik".