Sərhəddəki hadisə yeri Azərbaycanın suveren ərazisidir, bütün zəruri tədbirlər görüləcək - BAŞ PROKURORLUQ
FOTO

İyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açmış, nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək cinayətin izləri rəsmiləşdirilib, maddi sübutlar götürülüb:


"Müəyyən edilib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd edilən cinayət əməlləri nəzarət məntəqəsinə ziyan vurub və həmin təxribat nəticəsində postun iş rejimi pozulub.

Zərərçəkmiş Elşən Rüstəmov dərhal helikopterlə tibb müəssisəsinə təxliyə olunaraq əməliyyat edilib və tibbi ekspertizadan keçirilib, vəziyyəti stabilləşdikdən sonra dindirilməsi təmin olunacaqdır.


Cinayət işi üzrə götürülmüş maddi sübutlarla bağlı məhkəmə trosoloji-kriminalistik və digər ekspertizalar təyin olunub.


Hazırda iş üzrə hadisənin şahidləri və digər zərərçəkmişlərin dindirilməsi, həmçinin zəruri olan təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması istiqamətində intensiv işlər davam etdirilir.


Baş Prokurorluq olaraq bəyan edirik ki, hadisə yeri Azərbaycan Respublikasının Laçın rayonunun Güləbird kəndinin ərazisi olmaqla Azərbaycan Respublikasının istisnasız suveren ərazisidir, təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsi təmin olunacaqdır".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.