Bakıda Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 52-ci görüşü keçirilib.
Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC məlumat yayıb.
Məlumata görə, Komissiyanın Azərbaycan tərəfdən həmsədri, səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-in aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.