Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə sabah Naxçıvana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Prezidentlər arasında təkbətək və geniş tərkibli görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlər zamanı regional və beynəlxalq məsələlərin, ikitərəfli münasibətlərin mövcud vəziyyəti, Qarabağdakı proseslər müzakirə ediləcək.