Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məsələ ilə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, məlumatda deyilir: “2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb”.
**23:58(25.09.2023)
Azərbaycan Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib.
Senzor.az bildirir ki, dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Hazırda tibbi yardım avtomobili Xankəndi istiqamətində hərəkət edir.
Qeyd edək ki, bu gün axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.