Separatçıların qurduğu “Karabakch Telecom”un fəaliyyəti dayandırılıb

Qarabağda separatçıların qurduğu “Karabakch Telecom” telekommunikasiya şirkətinin fəaliyyəti dayandırılıbb.

 

Senzor.az bildirir ki, bu barədə erməni və Azərbaycan teleqram kanalları məlumat yayırlar.

 

Qeyd edək ki, şirkət mobil rabitə və mobil İnternet xidmətləri göstərirdi.

 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb ki, əslində bu məsələdə çox gecikdik: “Separatçılar 20 il Ermənistana məxsus +374 kodu ilə biznes qurub, beynəlxalq kodlar əldə edib, qeyri-qanuni fəaliyyət göstərdilər. 

Şirkətin son sahibi  keçmiş "Artsax" "prezidenti" Araik Arutyunyan olub.

 

“Karabakch Telecom”un əsl sahibləri Livan erməniləri - Pyer və Musa Fatuş (Pierre və Mousa Fattouche) qardaşları olub.

Onlar son illərdə, müharibədən öncə şirkətə 15 milyon dollar investisiya yatırmışdılar.  

2-ci Qarabağ savasında bu operatordan hərbi məqsədlə istifadə üçün Araik onu  zorla ələ keçirib özəlləşdirmişdi”.

 

KİV-ə açıqlamasında isə Osman Gündüz bildirib ki, “Karabakch Telecom”un məlumatları Xankəndidə aparılacaq istənilən əməliyyat-axtarış və istintaq tədbirləri üçün mühüm əhəmiyyət kəsb edəcək. Belə ki, operatorun data mərkəzi 20 il ərzində məlumat toplayıb: “Bu mobil operatorda 20 il ərzində bizə, türk dünyasına qarşı törədilmiş cinayətlərlə bağlı çox faydalı məlumatlar ola bilər. 

 

Ümid edirəm, bu mobil operatorun datasını, serverlərini Ermənistana daşımağa imkan tapmayıblar”.

 

Sonda O.Gündüz əlavə edib ki, bu hadisə Ruben Vardanyanın həbsinin kölgəsində qalsa da, Azərbaycan tərəfinin “Karabakch Telecom”un fəaliyyətini dayandırması çox mühüm xəbərdir: “Çünki Qarabağ erməniləri indi yalnız Azərbaycanın sim kartlarından istifadə edə biləcəklər”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.