Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyası Qarabağa gəlib.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət ediblər.
Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.