Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa olunur?
TEHRAN VƏ BAKI MÜZAKİRƏLƏR PLANLAŞDIRIRLAR

İran və Azərbaycan yanvarın 29-dakı hücumdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Tehrandakı diplomatik missiyasının işinin bərpasını tezliklə müzakirə etməyi planlaşdırır.

 

TASS xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Çafi deyib.

 

“Azərbaycan rəsmilərinin İrana səfəri ilə bağlı planlar koordinasiya mərhələsindədir və hələlik dəqiq tarixi deyə bilmərəm. Bizim gündəliyimizdə Azərbaycan səfirliyinin işinin bərpası, Cənubi Qafqazda cərəyan edən hadisələr kimi ciddi məsələlər var. Azərbaycan diplomatlarının Tehrana qayıtması yaxşı əlamət olardı və ümid edirik ki, bunun tezliklə baş verdiyini görə biləcəyik", - o vurğulayıb.

 

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs səfirliyə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

 

Qeyd edək ki, Azərbaycanın Dövlət Televiziyası (AzTV) Tehrandakı səfirliyə silahlı basqın edən cinayətkarın İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edildiyini açıqlayıb. Tehran hələlik bu məlumatı şərh etməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.