Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq

2030-cu ilə qədər Azərbaycan kosmik sahədə tədqiqatları dərinləşdirəcək, Ay və Marsın tədqiqi, eləcə də planetlərarası tədqiqatla məşğul olacaq.

 

Senzor.az bildirir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Komsik Agentliyin ("Azərkosmos") direktoru Saməddin Əsədov deyib.

 

"Azərbaycan komsik tədqiqatları genişləndirməkdə maraqlıdır. Biz bu gün İsrailin Kosmik Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Bu müqavilə çərçivəsində Agentlik bizə yerin müşahidəsini aparmaqda kömək edəcək”, - deyə o qeyd edib.

 

Bundan başqa, S.Əsədov əlavə edib ki, son 10 ildə Azərbaycan kosmik tədqiqatlara 600 milyon ABŞ dolları investisiya yatırıb: "Biz yerli sənayeyə dəstək məqsədilə də yatırımlar edirik, bir çox ideyalara dəstək göstəririk. Mən inanıram ki, kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır. Xüsusilə bu sahədə universitetlərə və təhsil ocaqlarına göstərilən dəstək gələcəkdə öz faydasını verəcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.