Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli münasibətlərin vəziyyətini müzakirə ediblər.
Həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Liderlər Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının noyabrda Qazaxıstanda keçiriləcək sammitinin gündəliyinə daxil edilə biləcək məsələləri də müzakirə ediblər.