Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib.
O, bu barədə “Euronews”a müsahibəsində bildirib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından danışan Aİ lideri deyib ki, “sülh hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqlar tələb edəcək”.
Onun sözlərinə görə, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.
Şarl Mişel qeyd edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır və buna görə də Aİ bu ölkəyə humanitar yardım çatdırmalıdır.