Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası məsələsində irəliləyiş gözləyir.
“Sputnik Armenia” xəbər verir ki, bunu Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
“Sərhədlərin demarkasiyasına gəlincə, son aylar ərzində çox iş görülüb. Biz ideal olaraq gələcək addımlar, demarkasiyasının hansı əsaslarla, hansı xəritə və prinsiplər əsasında aparılacağı ilə bağlı razılığa gəlmək istərdik", - mənbə deyib.
O, Ermənistan və Azərbaycan liderlərinin Qranadada Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyini təsdiqləyib.
“Son bir həftə ərzində aktiv təmaslar olub... Yerdəki çətin vəziyyətə baxmayaraq, irəliləyişin mümkün olub-olmadığını araşdırırıq”, - rəsmi bildirib.
O xatırladıb ki, əvvəllər də tərəflər arasında gərginliyə baxmayaraq, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb.(APA)