Fransa Ermənistanı bundan sonra açıq şəkildə və rəsmən silahlandıracaq

Fransanın Ermənistanı silahlandırması bugünədək qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında), qismən də üçüncü tərəfin (məsələn, Hindistanın) vasitəsilə həyata keçirilirdisə, artıq bu proses rəsmi şəkil alacaq.

 

Hazırda İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın mətbuat konfransındakı açıqlamaları bunu deməyə əsas verir.

 

O bildirib ki, Paris İrəvanla sonuncuya hərbi texnikanın verilməsini mümkün edəcək saziş imzalamağa razılaşıb.

 

“Amma bu barədə hələ ətraflı danışa bilmərəm”, - Kolonna qeyd edib.

 

Fransa xarici işlər naziri həmçinin bəyan edib ki, o, Avropa diplomatiyasının rəhbəri Josep Borrelə Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi təklifi ilə rəsmi müraciət edib.

 

Ketrin Kolonna Ermənistanın Moldovanın qoşulduğu Avropa Sülh Fonduna daxil edilməsi təklifini də irəli sürüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.