Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehrana səfər edib.
Bu barədə rəsmi İRNA agentliyi məlumat yayıb.
X. Xələfovun İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşündə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bazar günü Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Tehrana səfəri edib. Səfər çərçivəsində o, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, eləcə də xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.