Bu gün Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə “X” sosial şəbəkə hesabında nazir özü paylaşım edib.
“Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan hökumətinin bir sıra rəsmi nümayəndələri ilə görüşlər keçirəcəyik, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparacağıq”, - nazir qeyd edib.