"Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir".
Bunları İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.
“Mən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdüm. Görüş çərçivəsində vurğuladım ki, Qafqazdakı məsələləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar”, - o vurğulayıb.
Qeyd edək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.