Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Senzor.az bildirir ki, bu barədə nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
“Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu”, - paylaşımda deyilir.