AZƏRBAYCAN İSRAİLDƏN SONRA İKİNCİ ÖLKƏ OLDU - Xalqına qarşı hərbi cinayətlər və terror törədənlər bağışlanmır
ELÇİN ALIOĞLU YAZIR

Dinc insanlara qarşı terror, yaşayış məntəqələrinin atəşə tutulması, silahsız insanların hədəfə alınması bəşəriyyətə qarşı cinayətlər sayılır.

 

Bəlli, 1989-cu ildən 2023-cü il sentyabrın 20-dək Azərbaycana qarşı müxtəlif cinayət əməlləri törətməkdə şübhəli bilinən bir qrup separatçı tutulub. Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və başqaları barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaq, təxribatlar törətmək, azərbaycanlılara işgəncə vermək, dinc sakinləri soyqırımına məruz qoymaq, Qarabağda etnik təmizləmə və başqa insanlığa zidd əməllər törədiblər. Onlar işğal və 44 günlük Vətən müharibəsi dövründə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, əhalinini təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal xarakterli antiterror tədbirlərində qondarma qurumun “rəhbərlər”i kimi cinayətkar birlik halında milli düşmənçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olublar.

 

Döyüş bölgələrindən uzaq yerləşən ərazilər, mülki obyektlər ermənilər tərəfindən raket hücumuna məruz qalıb. Azərbaycanın Baş Prokurorluğu bununla bağlı bildirib ki, 2020-ci il oktyabrın 4-ü və 17-də Gəncənin müdafiə olunmayan, mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri, silahsızlaşdırılmış zonaları hədəfə almaqla ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. Araik Arutyunyanın Gəncənin raket hücumuna tutulması barədə “əmr”i şəxsən verməsi barədə açıqlaması həmin “rəhbərlər"in qatil olduqlarını bir daha təsdiqləyir.

 

Adları çəkilən şəxslər onillər boyu Xankəndidə olmuş separatçı rejimin rəhbərləri və ya əsas funksionerləri olublar.

 

Məhkəmə başlamasa da, ibtidai istintaq getsə də, bu fiqurların cinayətkar olduqları bəllidir. 

Onların saxlanılaraq Bakıya gətirilməsi də Azərbaycanın bilavasitə beynəlxalq hüquq çərçivəsində qəbul etdiyi qərarlardır.

 

Azərbaycana qarşı təcavüzdə, separatçılığın təşviq edilməsində, terror əməllərində, əsirlikdə olan hərbi qulluqçular və mülki şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələrilə başlanmış cinayət işi çərçivəsində qeyd edilən şəxslərin həbsi ədalətin bərpasına xidmət edir və bu addımların legitimliyinin şübhə altına alınması qəbuledilməzdir.

 

Bundan başqa, Azərbaycan İsraildən sonra ilk dövlətdir ki, xalqa və dövlətə qarşı ağır cinayətlər törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi prosesini həlli təxirə salınan məsələyə döndərmir.

 

Tam əksinə, İsrail təki, Azərbaycan da belə şəxslərin aranması, tapılması, saxlanması və istintaqa cəlb edilməsini səbrlə, tələsmədən, amma qətiyyət və iradə ilə həyata keçirir.

 

Ermənistanın hakimiyyət dairələri bu şəxslərin "dərhal azadlığa buraxılmasını və Ermənistana yollanmalarının təmin edilməsini"ni istəyirlər. Bakını "beynəlxalq məhkəmələr qarşısında cavab vermək perspektivi" ilə hədələyirlər, müxtəlif bəyanatlar verirlər, propaqanda və dezinformasiya kampaniyası aparırlar. Erməniləri himayə edən bir sıra dövlətlər, beynəlxalq təşkilatlar və siyasətçilər də Bakıya eyni "ultimatum"lar ünvanlayırlar.

 

Halbuki separatçıların sabiq rəhbərləri və funksionerləri “təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma”,”muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə”, “silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma”, “silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə”, “terrorçuluğu təşkil etmə”, “milli düşmənçiliyin salınmasını təşkil etmə” və başqa maddələr əsasında ittiham olunacaqlar.

 

Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsini “Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər” bölməsinin “Dövləti konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə” fəslinin 274-cü “Dövlətə xəyanət” maddəsi üzrə də məsuliyyət daşıyacağı istisna edilmir. Onların beynəlxalq müdafiəsi mümkünsüzdür. Çünki onlar terror fəaliyyəti göstərib, qanunsuz silahlı dəstələr saxlayıb, dinc sakinlərin qətlində iştirak edib, habelə Azərbaycan dövlətinin konstitusiya quruluşuna qarşı çıxıblar. Onları müdafiə edənlər terror, qanunsuz silahlı dəstələrin saxlanılmasını və dinc sakinlərin qətlini dəstəkləmiş olurlar.

 

Bir daha təkrarlayaq, biz beynəlxalq hüquq və təcrübə çərçivəsində davranırıq. 

İsrail dünyanın yeganə dövlətidir ki, xalqına qarşı cinayətlər törətmiş insanları əsla bağışlamır. Yəhudilərə qarşı işgəncələrdə, ağır cinayətlərdə və soyqırımda, yəni Xolokostda suçlanan insanlar düynanın harasında olursa olsun, axtarılır, tapılır və cəzalandırılır.

 

İsrailin xüsusi xidmət orqanları həmin cinayətkarın yaşına baxmırlar: o adam hətta 94 yaşlı ahıl qoca da olsa, əməllərinə görə cavab verməlidir.

 

Zərurət yarananda İsrailin xüsusi xidmət strukturları hətta başqa dövlətdə yaşayan, həmin dövlətin vətəndaşı olan adama qarşı gizli əməliyyat keçirib onu oğurlayıb İsrailə aparır, ya da bu mümkün olmayanda məhv edirlər.

 

Azərbaycan təki, dövlət müstəqilliyinin ilk illərində İsrail vətəndaşlarına qarşı bəşəri cinayətlər işləmiş şəxsləri arayaraq tapır, saxlayır, qandallayaraq paytaxta aparırdı. Orada istintaq aparılır, məhkəmə keçirilir və cinayətkar cəzasını alırdı.

 

Beləcə, İsrail bütün dünyaya nümayiş etdirirdi ki, dövlətə və xalqa qarşı qanlı əməllər törədən şəxslər, terrorçular mütləq ələ keçiriləcəklər, ədalət məhkəməsi qarşısında duracaqlar.

 

İlkin olaraq İsrailin xüsusi xidmət və hüquq-mühafizə strukturları 2-ci Dünya Müharibəsində yəhudilərə qarşı soyqırımın (Xolokost) fəal iştirakçılarının "ov"una başlamışdı.

 

Təşəbbüs isə İsrailin əfsanəvi lideri David Ben-Quriona məxsusdu. Məhz o sonradan dünyada məşhurlaşacaq "Mossad" kəşfiyyat xidmətinin o dönəmdəki rəhbəri İser Xarelə göstəriş verərək "yəhudilərə divan tutanların hamısı cəzasını almalıdır - yaşadığı yerə və yaşına baxmayaraq" demişdi.

 

"Ov" nəticəsində ələ keçirilənlər və cəzalananlar arasında Gerbert Sukurs, Henrix Müller, Frans Rademaxer, Yozef Mengele, Hans Eyzele, Frans Ştanql, Klaus Barbye, Aloiz Brünner, Horst Şuman, Valter Rauff, Karl Ştreybel, Andriya Artukoviç, Kurt Lişka, Hans Hinqst, Frants Mürer, Ernst Lerx və Adolf Eyxman var. 

Sadalanan şəxslər arasında A.Eyxman xüsusi yer tutur.

 

"Xolokostun memarı" kimi tanınan Eyxman 1939-cuu ilin dekabrında SS-in 4-cü idarəsinə rəis təyin edilmişdi. O, yəhudilərin təqibi, qovulması və deportasiyası ilə məşğul olan struktura rəhbərlik etdirdi.

 

Nasistlərin həyata keçirdikləri Xolokostda 8 milyon yəhudinin öldürüldüyünü xatırladaq.

 

2-ci Dünya Müharibəsindən sornra Argentinada başqa ad-soyadla gizlənən Eyxmanı İsrailin "Mossad" kəşfiyyatının agentləri 1960-cı ilin mayında oğurlayaraq gizli şəkildə Təl-Əvivə aparmışdılar.

 

Eyxmanın məhkəməsi başa çatanda İsrail edam cəzasını bir günlük bərpa etmişdi. Eyxman cəzasını alandan sona edam cəzası yenidən ləğv edilmişdi.

 

İsrail hərbi cinayətkarlarla və terrorçularla indi də fəal mübarihzə aparır.

 

Məsələn, 2014-cü ildə İsrail ordusunun Qəzza bölgəsində reallaşdırdığı "Bütöv daş" əməliyyatı" (Operation Protective Edge) zamanı bir neçə fələstinli təşkilatın rəhbərini yaxalayaraq məhkəmə qarşısına çıxardı. Bu şəxslər İsrailin hərbçilərinə və dinc vətəndaşlarına hücumlarda suçlanırdılar. 

"Dənizdəki mühafizlər" (Operation Brothers' Keeper) əməliyyatı isə İordan çayının qərb sahilində üç yəhudi yeniyetmənin oğurlanmasından sonra başlanmışdı. Əməliyyat zamanı bir neçə terrorçu qruplaşma məhv edildi, cinayətdə şübhəli bilinən şəxslər tutuldu və məhkəmə qarşısına çıxarıldı.

 

... İsrail təki, Azərbaycan da bəşəriyyətə, xalqa və dövlətə qarşı məşum cinayətlər törədənləri, terrorçuları, dinc insanların kütləvi şəkildə qətlə yetirilməsi barədə əmr verənləri bağışlamayacaq.

 

Belə niyyətimiz də yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.