Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bu gün daha iki postu-müşahidə məntəqəsini bağlayıblar.
Senzor.az bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Rusiya sülhməramlıları bundan əvvəl 4 (oktyabrın 6-da 3, 7-də isə 1) müşahidə məntəqəsini bağlayıblar.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərinin bəzi hissələrinə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq yerləşdirilib.