Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, baş diplomat Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak edəcək.