Keçmiş məcburi köçkünlərin yenidən qurulan Füzuli şəhərinə qayıdışı davam edir.
Senzor.az bildirir ki, oktyabrın 12-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 208 ailənin, yəni 749 nəfərin daimi məskunlaşması təmin ediləcək.