İsrailin fəaliyyəti fonunda yeni cəbhələrin açılması mümkün görünür.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Livanın paytaxtı Beyrutda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
"Təcavüzün, müharibə cinayətlərinin və Qəzzanın blokadasının davam etməsi fonunda yeni cəbhələrin açılması mümkün olaraq qalır", - nazir Livanın “əl-Mayadin” telekanalına müsahibəsində deyib.
Yeri gəlmişkən, bundan əvvəl İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi bildirmişdi ki, İsrail İrana qarşı müharibəyə başlamaq fikrində deyil.