Keçmiş məcburi köçkünlərin yenidən qurulan Füzuli şəhərinə qayıdışı davam edir.
Senzor.az bildirir ki, oktyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə - 117 nəfər köçürülüb.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 258 ailənin, yəni 928 nəfərin daimi məskunlaşması artıq təmin edilmiş olacaq.