İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumundan ən çox zərər çəkən iki sərhəd icmasına - Beeri və Kfar-Azzaya baş çəkib.
Bu barədə “Times of Israel” məlumat yayıb.
İsrail Baş nazirinin Ofisi Netanyahunun "dəhşətli qətllərin baş verdiyi evlərin xarabalıqları arasında gəzdiyini" bildirib.
Netanyahu “X” sosial şəbəkəsindəki hesabında sərhəddəki qoşunlara baş çəkməsini əks etdirən video yayımlayıb. "Qəzza zolağında, cəbhə xəttində döyüşçülərimizlə. Biz hamımız hazırıq", - videoda qeyd edilir. Videoda Netanyahu hərbçilərdən növbəti mərhələyə hazır olub-olmadıqlarını soruşur. "Növbəti mərhələ yaxınlaşır", - Baş nazir deyib.
Məlumatda o da qeyd olunur ki, bu, Netanyahunun 1 000-dən çox insanın ölümü ilə nəticələnən 7 oktyabr hücumundan sonra ilk səfəri olub.