Oktyabrın 23-də Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır.
Bu barədə Senzor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.
Təlimlər Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub.
Birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Azərbaycana gəlib.
Təlimlər oktyabrın 25-də başa çatacaq.