Ombudsman Aparatının rəhbəri BMT tədbirində Ermənistanın mina terrorundan danışıb

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Brüsseldə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının, Avropa Regional Ofisinin, BMT-nin Ətraf Mühit Proqramının və Brüssel Koordinasiya İdarəsinin birgə təşkilatçılığı ilə “Təmiz, sağlam və dayanıqlı ətraf mühit hüququ” mövzusunda İnsan hüquqları 75 - Avropa və Mərkəzi Asiya Yüksək səviyyəli Regional Dialoqunda iştirak edib.


Aparatın Mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, A.Səfixanlı konfransda çıxışı zamanı ekoloji tarazlığın qorunub saxlanmasının, ətraf mühitin mühafizəsinin, təbii ehtiyatlardan səmərəli istifadənin son dövrlərdə aktual məsələyə çevrildiyini və dövlətlər tərəfindən davamlı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini bildirib.


Hazırda dünyada baş verən müharibələrin, bəzi ölkələrin işğalçılıq və etnik təmizləmə siyasətinin ətraf mühitə mənfi təsir edən əsas amillərdən olduğunu söyləyən Aparat rəhbəri Azərbaycanın Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq, mina terroru və ekoterrorizm siyasətindən əziyyət çəkdiyini diqqətə çatdırıb.


Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) hələ də fəaliyyət göstərdiyini və bütün bölgə üçün potensial təhlükə mənbəyi olduğunu qeyd edən A.Səfixanlı BMT-nin əlaqədar qurumlarını bu məsələyə diqqət ayırmağa, sağlam ətraf mühitə və fundamental insan hüquqlarının təmininə ciddi təhdid olan təhlükənin aradan qaldırılması istiqamətində addımlar atmağa dəvət edib.


Aydın Səfixanlı ərazilərinin işğaldan azad edilməsinə baxmayaraq, Azərbaycanın hələ də işğalın mənfi təsirindən qurtulmadığını, tamamilə məhv edilmiş infrastrukturun və ekosistemin bərpasının bundan sonra uzun illər və külli miqdarda vəsait tələb etdiyini bildirib.


Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terrorundan bəhs edən Aparat rəhbəri minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilmədiyini qeyd edib, mina probleminin keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitdiyini və çoxsaylı insan itkilərinə səbəb olduğunu, ekoloji problemlərin yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsindən bu günədək 330-dan çox şəxsin mina qurbanına çevrildiyini bildirib.


Təmiz, sağlam, dayanıqlı ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi məsələsinin Azərbaycan Ombudsman təsisatının daim diqqət mərkəzində olduğunu söyləyən A.Səfixanlı qeyd olunan məsələlərlə bağlı fakt-araşdırıcı missiyaların həyata keçirildiyini, müvafiq hesabat, müraciət və bəyanatların hazırlanaraq beynəlxalq təşkilatlara ünvanlandığını diqqətə çatdırıb.


Aydın Səfixanlı beynəlxalq ictimaiyyəti sağlam ətraf mühitdə yaşamaq hüquqlarının pozulmasına səbəb olan amillərin aradan qaldırılması naminə həmrəylik nümayiş etdirməyə və bu istiqamətdə qarşılıqlı əməkdaşlığa çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.