Azərbaycanlı həkimlər Xankəndidə ilk cərrahi əməliyyatlarını apardılar
FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində ilk cərrahi əməliyyat icra olunub.

 

Senzor.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Məlumata görə, 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı 18 oktyabr 2023-cü il tarixində saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə müraciət edib.

 

Həkimlər tərəfindən zəruri müayinələr aparılıb, pasiyentə kəskin appendisit diaqnozu qoyulub və əməliyyat olunmasına qərar verilib.

 

Onun üzərində appendektomiya əməliyyatı uğurla icra olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis orqanının əməkdaşı olan Tağızadə Atatürk Səlim oğlu ambulator müalicə üçün artıq evə buraxılıb. 

 

Əməliyyat həkim-anestezioloq-reanimatoloq Ramin Əhmədovun, tibb bacıları Aynur Mustafayeva və Gülsüm Həsənovanın, tibb qardaşı Arzuman Məmmədovun müvafiq yardımları ilə həkim-cərrah Vəli Xəlilov tərəfindən həyata keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.