Əli Əsədov Tbilisidəki konfransda Nikol Paşinyana cavab verdi
YENİLƏNİB

"Azərbaycanın bir qonşusundan başqa digərləri ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Ermənistanın baş naziri Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi".


Bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda bildirib.


"Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var", - Baş nazir qeyd edib.


Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumunda çıxış edərkən Ermənistanın regionda bütün kommunikasiyaların açılmasına hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalayacaqlarına ümid edir.

**12:32

“Məhz Azərbaycan və Gürcüstan 90-cı illərin sonlarında Böyük İpək Yolunun bərpa edilməsi konsepsiyasını ilk dəstəkləyən ölkələrdən olublar. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi təşəbbüsünə ilk qoşulan Gürcüstanın ovaxtkı prezidenti Eduard Şevardnadze olub”.


Bunu Azərbaycan Baş naziri Əli Əsədov Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.


“Bu mötəbər konfrans 1998-ci ildə 9 ölkənin dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə Bakıda keçirilib. Konfransın yekununda Avropa İttifaqının TRACECA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb”, - Baş nazir xatırladıb.


Onun sözlərinə görə, TRACECA Proqramı üzv ölkələr arasında multimodal və tranzit daşımaların təşviqi, ticarət-iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib: “Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsini hədəfləyən uzaqgörən siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilib".


Əli Əsədov qeyd edib ki, son iyirmi ildə ölkəmiz bir sıra mühüm regional layihələrin təşəbbüskarı və iştirakçısı kimi çıxış edib: "Onların sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Cənub Qaz Dəhlizini (o cümlədən TANAP/TAP), Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Bakı Beynəlxalq Dəniz Ticarət limanını qeyd etmək olar.


Azərbaycan Hökumətinin nəqliyyat infrastrukturuna qoyduğu sərmayələr nəticəsində minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları çəkilib, beynəlxalq hava limanları istifadəyə verilib, mülki dəniz və hava donanması genişləndirilib və Ələt Azad iqtisadi Zonası yaradılıb.


Bütün bu təşəbbüslər ölkəmizə Orta Dəhlizlə daşımalara artan tələbi qarşılamağa imkan verdi. Qeyd etmək lazımdır ki, bu tələbatı təmin etmək üçün infrastruktur layihələri ilə yanaşı, biz Gürcüstan və digər tərəfdaşlarımızla birgə digər sahələrdə də zəruri əməkdaşlıq edirik.


Bu əməkdaşlığın nəticələrini artıq görməyə başlamışıq. Orta Dəhlizin səmərəliliyinin artırılması üçün görülən işlər nəticəsində istər qiymət, istər sürət, istərsə də keyfiyyət parametrləri üzrə qısa zaman ərzində mühüm nəticələr görünür.


Məsələn, Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldılmışdır. Növbəti il üçün hədəfimiz bu müddəti iki dəfəyə qədər - 11-15 günə endirməkdir.


Hesab edirəm ki, yaxın perspektivdə görülən işlər bəhrəsini verəcək və bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevrilə biləcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.