Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəsə çağıran qətnamə qəbul edib.
Senzor.az bildirir ki, səsvermə ilə bağlı məlumat BMT-nin saytında yayımlanıb.
Qeyd olunub ki, qətnamənin lehinə 120 ölkə səs verib, 14-ü əleyhinə olub, 45-i isə bitərəf qalıb.
Məlumata görə, qətnamə İordaniya və daha 40 dövlət tərəfindən hazırlanıb. Sənəddə deyilir ki, BMT Baş Assambleyası Fələstin və İsrail vətəndaşlarına qarşı zorakılığı pisləyir. Həmçinin qətnamədə hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təcili humanitar atəşkəsə çağırış edilir.