Mahaçqala gecə iğtişaşlarından sonra: VƏZİYYƏT İNDİ NECƏDİR?

Dağıstanda Mahaçqala hava limanında etiraz aksiyasından sonra cinayət işi açılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov məlumat verib.

 

O qeyd edib ki, bir çox qanun pozuntuları video və foto müşahidə kameraları tərəfindən qeydə alınıb.

 

“Buna görə də heç vaxt məsuliyyətdən qaça bilməz, - o əlavə edib.

 

Qeyd edək ki, polis Mahaçqala hava limanı ərazisindəki kütləvi iğtişaşların 150-dən çox fəal iştirakçısını müəyyən edib.

 

Məlumata görə, onlardan artıq 60 nəfəri saxlanılaraq polis bölmələrinə aparılıb.

 

 

Onu da qeyd edək ki, hadisə zamanı ümumilikdə doqquz hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, onlardan ikisi xəstəxanadadır.

 

Hazırda hava limanının ərazisini 50-yə yaxın polis əməkdaşı qoruyur.

Hava limanına ciddi ziyan dəyib, mümkün olan hər şey dağıdılıb və talan edilib.

 

Təyyarələrin içərisində gizlənən israillilərin taleyi bəlli deyil. Bəzi məlumatlara görə, onlar hələ də müxtəlif reyslərlə Mahaçqalaya gələn təyyarələrin içərisindədirlər.

 

Dağıstanda yaşayan dağ yəhudilərinin bu respublikanı tərk etməyə hazırlaşdıqları bildirilir. Məlumata görə, Mahaçqalada 400 yəhudi ailəsi var.

 

Bu arada o da məlum olub ki, Mahaçqaladakı hava limanı fəaliyyətini sabah bərpa edəcək. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi teleqram kanalında məlumat yayıb.

 

Qeyd edilir ki, hava limanında vəziyyət sabitləşdiyindən xəbərdarlığa düzəliş edilib. Belə ki, daha əvvəl Mahaçqala aeroportunun noyabrın 6-dək bağlı olacağı bildirilirdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.