Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtında keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısında iştirak etmək üçün sabah Astanaya yollanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı Qazaxıstana 2-3 noyabr 2023-cü il tarixlərində səfər edəcək.
Noyabrın 3-ü cümə günü baş tutacaq sammitdə təşkilata sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
Sammitdə liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparacaqlar. Əsas diqqət isə cari, qlobal və regional məsələlərlə bağlı fikir mübadiləsinə yönəldiləcək.