Makron Özbəkistana gəldi və... SƏMƏRQƏNDDƏ GECƏ GƏZİNTİSİNƏ ÇIXDI
FOTO

Fransa prezidenti Emmanuel Makron çərşənbə günü, noyabrın 1-də Özbəkistana rəsmi səfərə gəlib. 

 

Senzor.az bildirir ki, bu barədə Özbəkistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Onu Səmərqənd hava limanında Özbəkistanın Baş naziri Abdulla Aripov qarşılayıb.

 

Daha sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyev Fransa prezidenti ilə görüşüb.

 

E. Makron Ş. Mirziyoyevin müşayiəti ilə gecə Səmərqənddə gəzintiyə çıxıb.

 

Dövlət başçıları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Registan memarlıq ansamblını ziyarət ediblər.

 

Burada Şavkat Mirziyoyev və Emmanuel Makron birlikdə foto çəkdiriblər.

 

Sonra prezidentlər “Böyük İpək Yolu” beynəlxalq turizm mərkəzindəki “Əbədi şəhər” tarixi-etnoqrafik parkında olublar.

 

Səfərin əsas tədbirləri, o cümlədən yüksək səviyyəli danışıqlar noyabrın 2-də olacaq.

 

Daha əvvəl xəbər verilmişdi ki, liderlər Özbəkistan-Fransa çoxşaxəli münasibətlərinin gələcək inkişafı ilə bağlı danışıqlar aparacaqlar. Ticarət-iqtisadi, innovasiya, investisiya, mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olacaq. Mirziyoyev və Makron iki ölkənin şirkətləri və bank-maliyyə qurumlarının iştirakı ilə keçiriləcək birgə biznes forumda da iştirak edəcəklər.

 

Onu da qeyd edək ki, çərşənbə günü, noyabrın 1-də Fransa prezidenti Qazaxıstanda səfərdə idi. Prezident Kasım-Jomart Tokayevin sözlərinə görə, Makronla görüşdə ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilib ki, bu da “bugünkü çətin geosiyasi və geoiqtisadi vəziyyətdə xüsusilə vacibdir”.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.