Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında 1/4 final oyununu keçirib.
Senzor.az bildirir ki, yığma 1/4 finalda Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.
Rəqibinə 3:1 hesabı ilə qalib gələn yığma adını yarımfinala yazdırıb. Azərbaycan millisindən qolları 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov və 36-cı dəqiqədə Mirmehdi Rzayev vurublar.
Elşad Quliyevin başçılıq etdiyi komanda finala gedən yolda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Portuqaliyanı mübarizədən kənarlaşdırıb.