Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir - ƏRDOĞAN

Qlobal çağırışlarla mübarizəmizdə ən mühüm gücümüz türk dünyasının birliyi, həmrəyliyidir. Bu həqiqəti son vaxtlar rastlaşdığımız bir çox hadisələrdə görmüşük və görməkdə davam edirik. Vətən müharibəsindən sonra Azərbaycan Qarabağda 30 il davam edən işğala tamamilə son qoydu. Biz bu tarixi nailiyyətdən böyük qürur və fərəh hissi keçiririk. Beləliklə, biz regionumuzda daimi sülhə daha bir addım yaxınlaşdıq. Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur.


Senzor.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında səsləndirib.


Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyin vurğulayan Türkiyə Prezidenti deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.