İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının döyüşçülərinin dayaq məntəqəsini ələ keçirdiyini açıqlayıb.
TASS-ın məlumatına görə, “Givati” briqadasının əsgərləri baza üzərində nəzarəti bərqərar ediblər. Orada çoxlu sayda əməliyyat xəritəsi və komanda sənədi, o cümlədən terror təşkilatının hazırkı komandirlərinin şəxsi məlumatları aşkar olunub.
Hərbi ekspertlərin fikrincə, əldə edilmiş sənədlər və kəşfiyyat məlumatları İsrail müdafiə ordusunun HƏMAS terrorçularına qarşı mübarizəsində həlledici rol oynaya bilər.