Ermənistanda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok Arazdəyənə gedib.
“Armenpress” xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının əməkdaşları almaniyalı naziri müşayiət ediblər.
Berbok, Azərbaycanla sərhəddə inşa olunması planlaşdırılmış “erməni-amerikan” metallurgiya zavodunun ərazisində olub.
Aİ müşahidə missiyası rəhbərinin müavini Marek Kuberski Berbokun diqqətinə çatdırıb ki, zavod başqa ərazidə inşa olunacaq.
Kuberski onu da bildirib ki, sərhəddə monitorinq apardıqları ərazilərdə ümumilikdə vəziyyət stabildir.
Bundan sona Almaniya xarici işlər naziri Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüşmək üçün Ararat vilayətinin Vostan kəndinə gedib.
Qeyd edək ki, iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək.