Hazırda Cənubi Qafqaz Avropa üçün maraqlı bölgədir. Cənubi Qafqaz, xüsusilə Azərbaycan Avropa üçün strateji tərəfdaşdır. Regionda hamının sülhə ehtiyac var. Ardıcıl və davamlı sülhün təmin olunması inkişaf üçün çox vacibdir. Almaniya Azərbaycana mina təhlükəsi ilə mübarizədə kömək etməyə hazırdır.
Senzor.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Xanım Berbok qeyd edib ki, Azərbaycan müharibədən sonra bərpa və qayıdış prosesini həyata keçirir.
Azərbaycanın və Ermənistanın qonşu ölkələr kimi dinc və yanaşı yaşamağının vacibliyini qeyd edən Almaniya XİN-in rəhbəri rəsmi Bakının sülh sazişi istiqamətində səylərini yüksək qiymətləndirib.
**20:39
Azərbaycan ilə Almaniya arasında bir çox istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat, tranzit bağlantıları, alternativ enerji və bir sıra digər sahələrdə əməkdaşlığın çox böyük potensialı mövcuddur.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında bildirib.
Almaniyalı həmkarı ilə bölgədə olan son vəziyyət barədə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayan Ceyhun Bayramov qeyd edib: “Həmkarıma Azərbaycan torpaqlarının 30 illik işğalı, işğalın ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olunması, eyni zamanda, postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin regionun gələcək inkişafı baxımından Azərbaycanın baxışını bir daha çatdırdım”. Nazir deyib ki, eyni zamanda, görüşdə son üç il ərzində ölkəmiz tərəfindən Ermənistan-Azərbaycan postmünaqişə normallaşması kontekstində həm sülh müqaviləsinin irəli aparılması, eyni zamanda, kommunikasiyaların açılması, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.
**
Uzun illər ərzində Azərbaycan ilə Almaniya arasında ticarət, enerji, kənd təsərrüfatı, qarşılıqlı sərmayələrin qoyulması, infrastruktur layihələrində qarşılıqlı iştirak sahələrində əlaqələr uğurla inkişaf edir.
Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında söyləyib.
Nazir deyib ki, Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir və onlar müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə cəlb olunublar.
“Almaniyanın Cənubi Qafqaz ölkələri ilə olan ticarətinin 70 faizi Azərbaycanın payına düşür. 2022-ci ildə ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları olub. 2023-cü ilin ilk doqquz ayının nəticələrini olduqca müsbət qiymətləndirmək olar. İlk 9 ay ərzində ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb”, - deyə C.Bayramov əlavə edib.
**
Ölkəmiz Azərbaycan-Almaniya münasibətlərinin inkişaf etməsinə hər zaman böyük önəm verir.
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında deyib.
İkitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin önəmini vurğulayan nazir deyib ki, son iki ildə Azərbaycan Prezidenti Almaniyaya iki dəfə işgüzar səfər edib.
**20:14
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ve Almaniyanın xarici işlər naziri Annalena Berbokun birgə mətbuat konfransı başlayıb.
Senzor.az xəbər verir ki, brifinqdə ikitərəfli görüşme zamanı müzakirə olunan məsələlər barədə məlumat verilir.
**19:51
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ve Almaniyanın xarici işlər naziri Annalena Berboku arasında geniş bir görüş keçirilib var.
Senzor.az xəbər verir ki, görüşdə ikitərəfli ve çokxtərəfli münasibətləri ve sonrakı bölgesel ve müzakirə olunub.
**
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ve Almaniyanın xarici işlər naziri Annalena Berboku arasında görüşmeye başlayıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri başlamayıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüştüəcək. Danışanlardan sonra nazır bir şekilde konfransı keçirilir.
Qeyd edək ki, A.Berbok Bakıya İrəvandan gəlib.