Özgür Özəl Türkiyə Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayında partiyanın sədri seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qurumun sabiq sədri Kamal Kılıçdaroğlu Özgür Özəli təbrik edib.
K.Kılıçdaroğlu bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşıb edib.
“Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni sədrimiz Özgür Özəl, sizi təbrik edir, uğurlar arzulayıram”, - paylaşımda deyilir.
Qeyd edək ki, Türkiyədə keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu 13 ildən sonra Ankarada keçirilən səsvermədə lazımi dəstəyi ala bilməyib. Belə ki, rəqibi Özgür Özəl daha çox-812 səs toplayaraq partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.
CHP-nin 8-ci başqanı - millət vəkili Özgür Özəl 1974-cü ildə Manisada anadan olub. Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsili alan Özəl 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb. 2001-2007-ci illər arasında əczaçı, 2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində mühasib işləyib. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 4 il sonra isə partiyanın deputat qrupunun sədri olub.
Yeni başqan alman və ingilis dillərini bilir, evlidir, bir övladı var.
Qeyd edək ki, 1923-cü ildə qurulmuş CHP Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından sonra ölkədə ikinci güclü partiyadır.
**01:04
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında sədr seçkisi keçirilib.
Senzor.az xatırladır ki, partiyanın başqanlığı uğrunda əsas iki nəfər - hazırkı sədr Kamal Kılıçdaroğlu və Özgür Özel mübarizə aparıb.
Nəticədə Kamal Kılıçdaroğlu 664 səs, Özgür Özel isə 682 səs toplayıb.
Lakin iki namizəddən birinin lazımı səs üstünlüyü olmadığından seçki ikinci tura qalıb.
**22:55(04.11.2023)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçiləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu məqsədlə CHP-nin 38-ci qurultayı keçirilir.
Partiya rəhbəri vəzifəsinə hazırkı sədr Kamal Kılıçdaroğlu və türk siyasətçi Özgür Özel namizəd olaraq göstərilir.
İki gün davam edəcək qurultayın ikinci günü Partiya Məclisi və Yüksək İntizam Şurası tərəfindən sədr seçkilərinin keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, CHP türk xalqının ulu öndəri Mustafa Kamal Atatürk tərəfindən qurulub.