İsraildə bir neçə yüz insan Baş nazir Benyamin Netanyahunun Keysariyadakı evinin qarşısına toplaşaraq etiraz aksiyası keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, toplaşanlar “İstefa ver!”, “Bizə xəyanət edildi!” şüarları səsləndiriblər.
Digər etiraz aksiyası isə Netanyahunun Qüdsdəki iqamətgahı yaxınlığında keçirilib. Polis 3 etirazçını saxlayıb.
Məlumata görə, etirazlara səbəb HƏMAS terror qruplaşmasının oktyabrın 7-də İsrailə hücumu ilə çoxsaylı mülki vətəndaşın ölməsidir. Etirazçılar İsrailin milli təhlükəsizliyində problem olduğunu bildiriblər.