Noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən Senzor.az-a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rumıniya xarici işlər naziri və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.