“Qəzza zolağının Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı 8 azərbaycanlı tərk edib”.
Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, həmin 8 nəfər artıq ölkəmizə gətirilib.
Xatırladaq ki, Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib. Siyahıda 596 əcnəbinin və ikili vətəndaşlığı olanların, o cümlədən 400 ABŞ vətəndaşının adları və pasport məlumatları vardı.
Həmin siyahıda Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşlarının olduğu da qeyd edilmişdi.