G7-nin XİN başçıları Yaponiyada Azərbaycan- Ermənistan qarşıdurmasını müzakirə edirlər - YENİLƏNİB, FOTO

Bu gün Tokioda “Yeddilik” Qrupunun (G7) xarici işlər nazirlərinin ikigünlük iclasında Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına yönəlmiş diplomatik səylər, Yaxın Şərq və Ukrayna böhranları müzakirə edilir.

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişi barədə G7-yə məlumat verəcəyi gözlənilir. 

 

Məlum olduğu kimi, Tokio görüşü ərəfəsində Berbok İrəvan və Bakıda olub və ikitərəfli sülh sazişinin imzalanması imkanlarını müzakirə edib.

 

Tokioya gəldikdən sonra A. Berbok jurnalistlərə bildirib ki, o, son bir neçə gün ərzində müxtəlif tərəfdaşlarla irəli sürülən təşəbbüslərin “vaxt və coğrafiya baxımından” necə həyata keçirilə biləcəyi ilə bağlı variantları müzakirə edib.

 

Almaniyanın xarici işlər naziri eyni zamanda G7 ölkələrinin İsrail dövlətinin özünümüdafiə hüququna yekdil dəstəyini vurğulayıb.

 

ABŞ dövlət katibi Antonio Blinkenin sözlərinə görə, Tokioda G7-nin xarici işlər nazirləri onun Yaxın Şərqə son səfərinin nəticələrini, həmçinin “Qəzza zolağında mülki şəxslərə humanitar yardımın göstərilməsində irəliləyişləri və münaqişənin qarşısını almaq səylərini” müzakirə ediblər. 

             Almaniyanın xarici işlər naziri Bakı və İrəvanla danışıqların nəticələri barədə danışacaq

 

Fransanın xarici işlər naziri Katerina Kolonna bildirib ki, görüşdə həmçinin "Qəzza zolağında mülki əhalinin ehtiyaclarına cavab vermək və beynəlxalq humanitar hüquqa hörmət etmək" zərurəti müzakirə olunacaq.

 

G7 xarici işlər nazirlərinin sammitinin ikinci mərkəzi mövzusu Ukrayna müharibəsi olacaq. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müzakirələrdə videobağlantı vasitəsilə iştirak edəcək. 

 

Bununla əlaqədar Annalena Berbok  Kiyev üçün “qışdan qoruyucu qalxan” hazırladığını açıqlayıb.

 

Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin də iştirak edəcəyi digər müzakirə mövzuları Ermənistanla Azərbaycan arasındakı gərginlik, eləcə də Hind-Sakit Okean regionundakı vəziyyətdir.

  

Qərb müttəfiqlərinin narahatlığı xüsusilə, Çinin Tayvana qarşı hərbi təhdidlərindən qaynaqlanır.

 

Qeyd edək ki, G7-yə Almaniya, Fransa, İtaliya, Yaponiya, Kanada, ABŞ və Böyük Britaniya daxildirlər.

 

Senzor.az

 

**16:40


Yaponiyanın paytaxtı Tokioda G7 xarici işlər nazirlərinin bu il sayca ikinci görüşü başlayıb.


Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.


Bu tədbirə Yaponiyanın XİN rəhbəri Yoko Kamikava sədrlik edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.