Şotlandiyada Azərbaycan poeziyası gecəsi keçirilib
FOTO

Şotlandiyada yerləşən Edinburq Poeziya Kitabxanasında Azərbaycan poeziya gecəsi keçirilib.

 

Senzor.az Azərbaycanın Birləşmiş Krallıqdakı Səfirliyinə istinadən bildirir ki, Zəfər Gününə həsr olunmuş tədbirdə Bəxtiyar Vahabzadə, Cabir Novruz, Məmməd Araz kimi Azərbaycan şairlərinin şeirləri səslənib.

 

Ədəbi gecədə Azərbaycan poeziyası kitablarının təqdimatı da keçirilib. Kitabxanaya təqdim edilən nəşrlər arasında Nizami Gəncəvi, Məshəti Gəncəvi, İmadəddin Nəsimi, Səməd Vurğunun əsərləri və digər kitablar yer alıb.

 

Tədbirdə Şotlandiyanın müxtəlif şəhərlərində yaşayan yerli sakinlər və peşəkarlar, xarici xalqların nümayəndələri, Azərbaycan diasporunun üzvləri, elmi və mədəni xadimlər, tələbələr, Edinburq Poeziya Kitabxanasının rəhbəri Asif Xan və Şotlandiya şairəsi Şila Smit də iştirak ediblər.

 

Kitabxana rəhbərliyi ilə görüşü zamanı “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri Nərgiz Morrison bildirib ki, hər iki ölkə arasındakı uzaq məsafə Şotlandiyadakı kitabxanaların Azərbaycan haqqında müvafiq kitablar və digər materiallarla təmin edilməsində müəyyən çətinlik yaradır.

 

“Caspian Circle” təşkilatının yaradıcısı Fuad Ələkbərov isə Azərbaycan irsinin təbliğində və ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlər Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə qonaqlara həm də milli mətbəximiz və musiqimiz təqdim edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.