Banklar artıq köhnə dollarları almırlar? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bəzi kommersiya banklarının 2006-cı il və ya ondan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina etməsinə dair məlumatlar yayılır.

 

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər ki, ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi yoxdur.

 

"Kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər”, - qurumdan bildirilib.

 

Ölkənin aparıcı banklarından olan “Kapitalbank”dan deyilib ki, bankın filialları köhnə dollar əskinaslarını da qəbul edir.

 

"Unibank"dan verilən məlumata görə, bankın filialları 2006-cı ildən əvvəl buraxılmış dollar əskinaslarını istənilən bank əməliyyatları üçün problemsiz qəbul edir.

 

Məsələ ilə bağlı sayta açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirb ki, valyuta mübadiləsi bankların öz işidir.

 

"Banklar bu xidməti göstərməyə borclu deyil. Azərbaycanda dollar populyar valyuta olduğuna görə insanlara qəribə gəlir ki, onu manata dəyişmirlər. Lakin müəyyən banklar lirə və rublu da dəyişməkdən imtina edirlər. 2006-cı il və ondan əvvəlki dolları bank götürməyə bilər. Çünki dollar bizim milli valyutamız deyil. Banklar yalnız manatı dəyişməkdən imtina edə bilməzlər.

 

Hər hansı kommersiya bankı da zədələnmiş manatı götürməyə bilər. Amma Mərkəzi Bank belə pulları dəyişməyə məcburdur", - deyə o qeyd edib.

 

Qeyd edək ki, Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 2023-cü ilin yanvar-sentyabr aylarında 8,2 faiz artaraq 12,705 milyard manata çatıb. Əhalinin xarici valyutada olan bank əmanətləri 3,3 faiz azalaraq (4 milyard 453 milyon manat) əhalinin bütün əmanətlərinin 35,1 faizini təşkil edib (2022-ci ilin sonunda xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2 faiz olub).






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.