Adil Kərimli: "Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq"

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq.

 

Bunu “Report”a Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib.

 

“Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin iş prinsipləri və gələcək fəaliyyəti ilə bağlı ciddi müzakirələr apardıq”, - o bildirib.

 

Nazir deyib ki, səfəri çərçivəsində Mərkəzin fəaliyyəti ilə bağlı Türkiyədəki müvafiq qurumların rəsmiləri ilə, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla geniş müzakirələr aparılıb: “Düşünürük ki, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə böyük ehtiyac var. Cənab Prezident İlham Əliyevin bu barədə oktyabr ayında verdiyi sərəncama əsasən artıq bu istiqamətdə fəaliyyətlərə başlanılıb. Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək üçün Mədəniyyət Mərkəzinin əvəzsiz xidmətlərinin olacağına inanırıq”.

 

Nazir onu da qeyd edib ki, Mədəniyyət Mərkəzinin yaxın gələcəkdə fəaliyyətə başlayacağı gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.