Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılıb.
Senzor.az bildirir ki, müvafiq qərar Türkiyə Böyük Millət Məclisi
tərəfindən qəbul edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələ ilə bağlı parlamentə göndərdiyi qanun layihəsi təsdiq edilib
Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.
Qərar rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.
2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.