Laçının Zabux kəndinə ikinci köç - 25 AİLƏ DOĞMA YURDUNA QAYIDIR
FOTO

Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.

 

Senzor.az bildirir ki, paytaxtda və Abşeronda məskunlaşan 20 ailə (71 nəfər) noyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.

 

Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşan 5 ailə (23 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və onlar Horadiz şəhərində köç karvanına qoşulacaqlar. Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Tərtər rayonundan 2 ailə (10 nəfər), Bərdə rayonundan 1 ailə (5 nəfər), Qax rayonundan 1 ailə (4 nəfər), Lənkərandan 1 ailə (4 nəfər).

 

Ümumilikdə bu dəfə kəndə 25 ailə - 94 nəfər köçürülür.

 

Köç karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

 

Qeyd edək ki, Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.

 

Beləliklə, bununla da Laçın rayonunun Zabux kəndinə köçürülən ailələrin sayı ümumilikdə 46-ya (188 nəfər) çatıb.

 

Xatırladaq ki, Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.