Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, görüş Azərbaycan diplomatik missiyasının binasında olub. Tərəflər Azərbaycan-İran əlaqələrindən danışıb, regional məsələlər barədə müzakirə aparıblar.