Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda Yaxın Şərqdəki durum müzakirə olunacaq.
Toplantıda Qəzza bölgəsində humanitar yardımın göndərilməsi barədə fikir mübadiləsi də aparılacaq.
Gündəlikdə həmçinin, iqtisadi və terrorla mübarizə məsələləri də var.